Dow Jones indeksi 0,2% enib, S&P 500 0,1%, Nasdaq 0,2% yüksəlib

Dow Jones indeksi 0,2% enib, S&P 500 0,1%, Nasdaq 0,2% yüksəlib
# 03 oktyabr 2012 07:23 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Oktyabrın 2-də Amerika fond bazarında Dow Jones indeksi 0,2% - 13 482 bəndədək enib, S&P 500 0,1% - 1 446 bəndədək, Nasdaq 0,2% - 3 120 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond indekslərinin dinamikasına əsasən korporativ məlumatlar təsir edib.

Avropa fond bazarlarında oktyabrın 2-də FTSE 100 indeksi 0,2% - 5 810 bəndədək, Almaniya DAX-ı 0,3% - 7 306 bəndədək, Fransa CAC-40-ı 0,6% - 3 414 bəndədək enib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,3% azalaraq 1 775,2 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2900 (+0,04%) dollar təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR