Rusiya və Ermənistan Xarici İşlər nazirlikləri arasında məsləhətləşmələr keçirilib

Rusiya və Ermənistan Xarici İşlər nazirlikləri arasında məsləhətləşmələr keçirilib
# 11 sentyabr 2012 09:24 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova – APA. Moskvada Rusiya və Ermənistan Xarici İşlər nazirlikləri arasında ikitərəfli münasibətlər və MDB məkanında inteqrasiya proseslərinə dair məsləhətləşmələr keçirilib. APA-nın Rusiya XİN-ə istinadən verdiyi məlumata görə, Rusiya tərəfini xarici işlər nazirinin birinci müavini A. Denisov, Ermənistan tərəfini isə nazir müavini Ş. Köçəryan təmsil edib. Tərəflər ikitərəfli münasibətlər və MDB daxilində əməkdaşlıqla bağlı məsələləri müzakirə ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR