Klinton: «ABŞ Rusiya və Çinin Suriyaya dair mövqeyini dəyişmələrini gözləməyəcək»

Klinton: «ABŞ Rusiya və Çinin Suriyaya dair mövqeyini dəyişmələrini gözləməyəcək»
# 31 oktyabr 2012 22:51 (UTC +04:00)
Bakı-APA. «ABŞ Bəşər Əsədə təzyiq göstərməkdə davam edəcək və Rusiya ilə Çinin Suriyaya dair mövqeyinin dəyişilməsini gözləməyəcək». ABŞ dövlət katibi Hillari Klinton belə bir bəyanatla çıxış edib.

«Biz BMT və Ərəb Dövlətləri Liqasının Suriya üzrə xüsusi nümayəndəsi Lahdar İbrahimini Moskva və Pekində onların kursunu dəyişmək üçün əlindən gələni etməyə çağırsaq da bunun baş verəcəyini gözləyə bilmərik və gözləməyəcəyik. Bizim, həmçinin Avropa Birliyi və Ərəb Dövlətləri Liqasındakı tərəfdaşlarımızın səyləri sanksiyaların sərtləşdirilməsi vasitəsilə rejimə qarşı təzyiqlərin artırılmasına yönəlib», deyə ABŞ diplomatiyasının başçısı bildirib.

Qeyd edək ki, Rusiya və Çin bir neçə dəfə BMT Təhlükəsizlik Şurasında Suriyaya qarşı sərt qətnamənin qəbulunun qarşısını alıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR