Ziyafət Əsgərov: “Ermənistan Dağlıq Qarabağda aeroport açmağa cəhd göstərsə, Azərbaycan müvafiq reaksiya verəcək”

Ziyafət Əsgərov: “Ermənistan Dağlıq Qarabağda aeroport açmağa cəhd göstərsə, Azərbaycan müvafiq reaksiya verəcək”
# 20 sentyabr 2012 10:25 (UTC +04:00)
APA-nın xəbərinə görə, bu açıqlamanı jurnalistlərə açıqlamasında Milli Məclis sədrinin I müavini Ziyafət Əsgərov verib.

Onun sözlərinə görə, Azərbaycan bu məsələ ilə bağlı mövqeyini dəfələrlə bildirib: “Dəfələrlə bununla bağlı mövqeyimizi bildirmişik. Ermənistan da bu açılışa bir neçə dəfə açılışa cəhd etsə də, müxtəlif səbəblərdən bunu təxirə salıb. Əgər bu dəfə onlar bu yola getsələr, Azərbaycan tərəfdən müvafiq reaksiya ilə qarşılaşacaqlar”.

Ziyafət Əsgərovun sözlərinə görə, rəsmi Bakı bununla bağlı Azərbaycan beynəlxalq təşkilatları məlumatlandırıb: “Heç kim Azərbaycanın başı üzərindən belə bir proyekt həyata keçirə bilməz”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR