“Boeing”in xalis mənfəəti 58% artıb

“Boeing”in xalis mənfəəti 58% artıb
# 26 aprel 2012 07:46 (UTC +04:00)
Bakı - APA-Economics. ABŞ-ın “Boeing” aerokosmik nəhənginin xalis mənfəəti bu ilin I rübündə 58% artaraq 923 mln. dollar təşkil edib. “APA-Economics”in xəbərinə görə, bu barədə şirkətin yaydığı açıqlamada bildirilir.

Hesabat dövründə şirkətin gəlirləri 30% artaraq 19,4 mlrd. dollara çatıb. analitiklər bu rəqəmin 18,34 mlrd. dollar olacağını proqnozlaşdırırdılar.

Qeyd edək ki, bu ilin fevral ayında “Boeing” İndoneziyanın “Lion Air” şirkəti ilə ümumi dəyəri 22,4 mlrd. dollar olan 230 sərnişin təyyarəsinin alqı-satqısına dair müqavilə imzalayıb. “Boeing” tarixinin ən böyük sövdələşməsi olan bu saziş 201 ədəd “Boeing 737 MAX” və 29 ədəd yeni nəsil “Boeing 737-900 ER” təyyarəsinin satışını nəzərdə tutur. Bundan başqa, “Lion Air” daha 150 təyyarənin alınması üçün opsion əldə edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR