Elmar Məmmədyarov QDİƏT xarici işlər nazirlərinin toplantısında iştirak edib

Elmar Məmmədyarov QDİƏT xarici işlər nazirlərinin toplantısında iştirak edib
# 28 sentyabr 2012 13:04 (UTC +04:00)
XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda əsasən təşkilatın səmərəliliyinin artırılması istiqamətində görüləcək tədbirlər ətrafında fikir mübadiləsi aparılıb. Nazir Elmar Məmmədyarov öz çıxışında hazırda təşkilata sədrlik edən Türkiyəyə və təşkilatın yeni baş katibinə uğurlar arzulayıb.

Nazir öz çıxışında təşkilat çərçivəsində səmərəli qərarvermə mexanizminin yaradılması və islahatların canlandırılmasının əhəmiyyətini qeyd edib. E. Məmmədyarov ötən Zirvə Toplantısında qəbul olunmuş QDİƏT-in İqtisadi Gündəliyinin icra olunmasının təşkilatın iqtisadi imkanlarının artmasına gətirib çıxaracağını vurğulayıb və Gündəliyin icrası üçün xüsusi Fəaliyyət Planının işlənib hazırlanmasının zəruriliyinə diqqət çəkib. Azərbaycanın Xarici İşlər Naziri öz çıxışında QDİƏT-in müxtəlif beynəlxalq təşkilatlarla dialoq və əməkdaşlığı alqışladığını və bu dialoqun xüsusi əhəmiyyətini nəzərə çatdırıb.

Nazir həmçinin QDİƏT-ə üzv ölkələrdə həlli uzadılmış münaqişələrin iqtisadi inteqrasiya meyllərinə mənfi təsir etdiyini və bu münaqişələrin həllinin vacibliyini bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR