Sabahdan Azərbaycan ərazisində havanın temperaturu yüksələcək

Sabahdan Azərbaycan ərazisində havanın temperaturu yüksələcək
# 02 noyabr 2012 09:15 (UTC +04:00)
Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturu gecə 12-15, gündüz 15-20 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında noyabrın 3-də gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, lakin Lənkəran-Astara zonasında qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 10-15, gündüz 19-24, dağlarda gecə 3-7, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.

Qısa müddətə dəyişən küləkli və nisbətən soyuq hava şəraitindən sonra noyabrın 3-ü səhər saatlarından başlayaraq küləyin zəifləyəcəyi, havanın temperaturunun 3-5 dərəcə yüksələcəyi gözlənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR