AFFA rəsmisi UEFA-nın Münhendə təşkil etdiyi seminara qatılıb

AFFA rəsmisi UEFA-nın Münhendə təşkil etdiyi seminara qatılıb
# 14 dekabr 2006 09:51 (UTC +04:00)
Bu gün Almaniyanın Münhen şəhərində Avropa Futbol Federasiyaları Assosiasiyasının (UEFA) təşəbbüsü ilə milli assosiasiyaların və klubların mətbuat katibləri üçün təşkil edilən seminar öz işinə başlayıb. Toplantıya 45 ölkənin federasiyasının və müxtəlif klubların 20-dək əməkdaşı qatılıb. Azərbaycan Futbol Federasiyaları Assosiasiyasını (AFFA) seminarda Natiq Həsənov təmsil edəcək. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin əməkdaşı olan N. Həsənov Münhendəki “Alyans-Arena” stadionunda UEFA rəsmilərinin müzakirələrini dinləyəcək. Qeyd edək ki, bu, UEFA-nın təşkil etdiyi sayca dördüncü seminardır. İlk belə toplantı 1999-cu ilin dekabrın 1-də Brüsseldə keçirilib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR