AFFA-nın baş katibi Fuad Əsədovun sabiq hakim Elçin Məmmədova qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi baş tutmayıb

AFFA-nın baş katibi Fuad Əsədovun sabiq hakim Elçin Məmmədova qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi baş tutmayıb
# 14 dekabr 2006 11:45 (UTC +04:00)
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi Fuad Əsədovun hakimlikdən qovulan Elçin Məmmədova qarşı Qaradağ rayon məhkəməsində qaldırdığı iddia üzrə bu günə təyin edilən məhkəmə prosesi baş tutmayıb. Buna səbəb cavabdeh tərəfin prosesdə iştirak etməməsi olub. Bu barədə APA-ya Qaradağ rayon məhkəməsindən məlumat verilib. Məhkəmədən bildirilib ki, şikayət hakim Xuraman Məhərrəmovanın icraatındadır və hələlik növbəti prosesin vaxtı dəqiqləşməyib. Qeyd edək ki, bir müddət əvvəl AFFA-ya üzv qurumlardan iki illiyə uzaqlaşdırılan, Hakimlər Komitəsinin qərarı ilə ömürlük hakimlikdən qovulan Elçin Məmmədov ölkə mətbuatına müsahibəsində F. Əsədovun əleyhinə fikirlər səsləndirib. Bu fikirləri şərəf və ləyaqətinə təhqir hesab edən F. Əsədov onun barəsində məhkəmədə iddia qaldırıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR