AFFA prezidenti Ramiz Mirzəyev Moskvaya yollanacaq

AFFA prezidenti Ramiz Mirzəyev Moskvaya yollanacaq
# 14 dekabr 2006 13:09 (UTC +04:00)
Az öncə Ukraynanın paytaxtı Kiyevdə “Futbol Evi”nin açılış mərasimində iştirak etmiş Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Ramiz Mirzəyevin növbəti səfəri Rusiyaya olacaq. AFFA başçısının Moskvaya yollanıb hər il iştirak etdiyi ənənəvi “Baltika və MDB ölkələri Birliyinin çempionları Kuboku” turnirinin təntənəli açılış mərasiminə qatılacağı istisna edilmir. AFFA-dan APA-ya verilən məlumata görə, hələlik turnirin Təşkilat Komitəsi AFFA rəhbərliyinə dəvət göndərməyib. Mərasimdə isə iştirakçı ölkələrin milli assosiasiyalarının rəhbərləri ilə yanaşı, Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FİFA) prezidenti Yozef Blatter və Avropa Futbol Federasiyaları Assosiasiyasının (UEFA) prezidentliyinə namizəd Mişel Platininin iştirakı edəcəyi artıq müəyyənləşib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR