Vüsal Əliyev “MDB və Baltik ölkələri çempionlarının Birlik Kuboku” turnirinə dəvət alıb

Vüsal Əliyev “MDB və Baltik ölkələri çempionlarının Birlik Kuboku” turnirinə dəvət alıb
# 15 dekabr 2006 09:18 (UTC +04:00)
Yanvarın 20-dən 28-dək Rusiyanın paytaxtı Moskvada keçiriləcək “MDB və Baltik ölkələri çempionlarının Birlik Kuboku” turnirinin oyunlarını idarə edəcək hakimlər arasında həmyerlimiz Vüsal Əliyev də olacaq. APA-nın məlumatına görə, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) Hakimlər Komitəsinin (HK) dekabrın 12-də keçirilmiş iclasında beynəlxalq dərəcəli hakim V. Əliyevin ənənəvi turnirə yollanması haqda qərar çıxarılıb. Toplantıda həmçinin V. Əliyevin XV Azərbaycan çempionatının oyunlarını yüksək səviyyədə idarə etdiyi və birinci dövrənin yekunlarına görə tərtib edilən reytinqdə birinci olduğu bildirilib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR