“Olimpik” Emin Ağayevlə Vadim Vasilyevi transferə çıxarıb

“Olimpik” Emin Ağayevlə Vadim Vasilyevi transferə çıxarıb
# 15 dekabr 2006 11:45 (UTC +04:00)
Futbol üzrə XV Azərbaycan çempionatının birinci dövrəsini 18 xalla yeddinci pillədə başa vuran “Olimpik” rəhbərliyi bu gün klub daxili iclasını keçirib. Birinci dövrənin yekunlarına həsr edilən toplantıda transferə çıxarılan futbolçuların adları açıqlanıb. Klubun mətbuat xidmətinin rəhbəri Eldəniz Yusifovun APA-ya verdiyi məlumata görə, artıq ikinci dövrədən Vadim Vasilyev, Emin Ağayev, Qani Animofoşe, Səbuhi Sadıqov və Ruslan Quliyev “Olimpik”in formasını geyinə bilməyəcəklər. Paytaxt klubu yanvarın 8-də bir araya gələcək. Komandanın qış fasiləsində Türkiyəyə yollanın-yollanmayacağı isə hələlik müəyyənləşməyib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR