Çempionlar Liqasının püşkü atılıb

Çempionlar Liqasının püşkü atılıb
# 15 dekabr 2006 12:44 (UTC +04:00)
Bu gün Avropa Futbol Federasiyaları Assosiasiyasının (UEFA) İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında qitənin ən nüfuzlu turnirlərindən olan Çempionlar Liqasında “pley-off” mərhələsinin püşkü atılıb. APA-nın UEFA-nın rəsmi internet səhifəsinə istinadən məlumatına görə, İngiltərəni bu mötəbər yarışda təmsil edən dörd klubun hər biri ilk oyununu rəqib meydanında keçirəcək.
“Portu” (Portuqaliya) “Çelsi” (İngiltərə)
“Seltik” (Şotlandiya) “Milan” (İtaliya)
“PSV Eyndhoven” (Hollandiya) “Arsenal” (İngiltərə)
“Lill”(Fransa) “Mançester Yunayted” (İngiltərə)
“Roma” (İtaliya) “Lion” (Fransa)
“Barselona” (İspaniya) “Liverpul” (İngiltərə)
“Real” (Madrid, İspaniya) “Bavariya” (Almaniya)
“İnter” (İtaliya) “Valensiya” (İspaniya)
İlk oyunlar 2007-ci ilin fevralın 20-də və 21-də, cavab qarşılaşmaları martın 6-da və 7-də keçiriləcək. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR