Azərbaycan millisi FİFA-nın reytinq siyahısında iki pillə geriləyib

Azərbaycan millisi FİFA-nın reytinq siyahısında iki pillə geriləyib
# 18 dekabr 2006 10:48 (UTC +04:00)
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) 2006-cı ilin sonuncu reytinq cədvəlini hazırlayıb. Siyahıda ilk 21 yerdə qərarlaşan komandaların hər biri ötən noyabrdakı mövqelərini saxlayıblar. Braziliya birinci, İtaliya ikinci, Argentina üçüncü, Fransa dördüncü, İngiltərə beşinci yerdədirlər. APA-nın FİFA-nın rəsmi internet səhifəsinə istinadən verdiyi məlumata görə, Azərbaycan millisi ötən ay qərarlaşdığı mövqeyini itirib. Ölkəmizin bir nömrəli komandası iki pillə geriləyərək, 125-ci pilləyə düşüb. Bir ay əvvəl yığmamızdan bir pillə geri qalan işğalçı Ermənistan Azərbaycanın noyabrda məskunlaşdığı 123-cü yerə qalxıb. Millimizin Avropa çempionatının seçmə mərhələsindəki rəqiblərindən ən yaxşı reytinq yeddinci pillədə olan Portuqaliyaya məxsusdur. İki pillə geriləyən Polşa 24-cü yerdədir. Serbiya 33-cü, Finlandiya 52-ci, Belçika 53-cü, Qazaxıstan 153-cü pillədəki mövqelərini saxlayıblar. Postsovet məkanı ölkələrindən ən yaxşı göstərici Ukrayna yığmasındadır - 13-cü yer. Türkiyə isə bir pillə geriləyərək 26-cı pilləyə düşüb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR