FİFA 2006-cı ilin ən yaxşı futbolçusu adını Fabio Kannavaroya verəcək

FİFA 2006-cı ilin ən yaxşı futbolçusu adını Fabio Kannavaroya verəcək
# 18 dekabr 2006 13:15 (UTC +04:00)
İspaniya mətbuatı 2006-cı ilin ən yaxşı futbolçusu (World Player) mükafatının İtaliya yığmasının kapitanı və Madridin “Real” klubunun müdafiəçisi Fabio Kannavaroya veriləcəyini yazıb. APA-nın məlumatına görə, Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FİFA) milli komandaların baş məşqçilərinin və kapitanlarının iştirakı ilə keçirdiyi sorğusunda F. Kannavaronun 498 səslə siyahıda birinci olduğu qeyd edilib. Fransız Zinəddin Zidanın 454, braziliyalı Ronaldinyonun 380 səs topladığı bildirilir. 1991-ci ildən verilən ödül FİFA-nın bu gün axşam İsveçrənin Sürix şəhərində təşkil edəcəyi qala-gecədə italiyalı müdafiəçiyə təqdim ediləcək. Az öncə “Qızıl top” mükafatına da sahib çıxan F. Kannavaro hollandiyalı Marko van Basten (1992), italiyalı Roberto Baco (1993), liberiyalı Corc Vea (1995), fransız Zinəddin Zidan (1998) və braziliyalılar Rivaldo (1999), Ronaldo (1997-2002) və Ronaldinyodan (2005) sonra iki ödülü eyni ildə alan səkkizinci futbolçu olacaq. Qala-gecədə Almaniyada keçirilmiş son dünya çempionatında ən çox top vuran 3 hücumçu və mundialın “Fair Play”ını almış İspaniya yığmasının kapitanı Raul Qonsales də mükafatlandırılacaqlar. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR