Üç futbolçu iki il müddətinə AFFA-nın bayrağı altında keçirilən yarışlardan kənarlaşdırılıb

Üç futbolçu iki il müddətinə AFFA-nın bayrağı altında keçirilən yarışlardan kənarlaşdırılıb
# 18 dekabr 2006 13:30 (UTC +04:00)
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) Hakimlər Komitəsi (HK) beynəlxalq dərəcəli hakim Fariz Yusifovun XIII turda “Turan” “Neftçi” görüşündə qonaqların qapıçısı Vladimir Miçoviçə göstərdiyi sarı vərəqəni əsassız sayıb. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən APA-ya verilən məlumata görə, HK-nin qərarını və Nizam-İntizam Komitəsinə müraciətini (NİK) nəzərə alaraq qapıçıya göstərilmiş sarı vərəqə ləğv edilib. NİK-in digər qərarı ilə Azərbaycan birinciliyində mübarizə aparan “Həkəri” və “Zeynalabdin” klublarına ciddi xəbərdarlıq edilib. Bu komandaların oyunu zamanı baş hakim və hakim köməkçisinə qarşı yol verdikləri xuliqanlıq hərəkətlərinə görə meydandan qovulmuş Şahin Nuriyev (“Həkəri”), Anar Əliyev, Xalid Piriyev (hər ikisi “Zeynalabdin”) iki il müddətinə AFFA-nın bayrağı altında keçirilən bütün yarışlarda iştirak etməkdən məhrum ediliblər. Hər iki komandanın təqsiri ucbatından oyun başa çatmağı üçün komandalara 0:3 hesablı texniki məğlubiyyət verilib. Həmçinin qərara alınıb ki, bu klubların AFFA-nın bayrağı altında keçirilən yarışlarda iştirakı məsələsi NİK-in iclasında müzakirə olunsun. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR