Azərbaycanlı hakimlərə FİFA emblemləri təqdim edilib

Azərbaycanlı hakimlərə FİFA emblemləri təqdim edilib
# 19 dekabr 2006 11:44 (UTC +04:00)
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FİFA) azərbaycanlı hakimlərə göndərdiyi emblemlər sahiblərinə təqdim edilib. Bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mənzil-qərargahında təşkil olunan toplantıda AFFA-nın baş katibi Fuad Əsədov beynəlxalq dərəcəli hakim və laynsmanlara FİFA-nın emblemlərini təqdim etməklə onlara öz tövsiyələrini verib. APA-nın məlumatına görə, tədbirdə F. Əsədov ötən mövsümün ilk yarısı ilə müqayisədə cari çempionatın birinci dövrəsində hakimlərini böyük səhvlərə yol vermədiyini bildirib. Daha sonra baş katib hakimləri obyektivliyə çağıraraq bildirib ki, onların verdikləri qərarlar qeyd-şərtsiz yerinə yetirilməlidir. Toplantıda daha sonra F. Əsədov beynəlxalq dərəcəli hakim Fariz Yusifovun qitə miqyaslı oyunlara təyinat almamasını onun ingilis dilini bilməməsi ilə əlaqələndirib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR