Türkiyənin “Gənclərbirliyi” futbol klubu prezidentinin törətdiyi yol qəzası nəticəsində bir nəfər ölüb

Türkiyənin “Gənclərbirliyi” futbol klubu prezidentinin törətdiyi yol qəzası nəticəsində bir nəfər ölüb
# 19 dekabr 2006 11:46 (UTC +04:00)
Türkiyənin “Gənclərbirliyi” futbol klubunun prezidenti İlhan Cavcav qəza törədib. O, öz avtomobili ilə iki nəfəri vurub. APA-nın Türkiyə bürosunun məlumatına görə, klub prezidentinin vurduğu şəxslər 56 yaşlı Lütfü Dikmən və onun 32 yaşlı qızı Minciyə Dikməndir. Hadisədən sonra ata və qızı xəstəxanaya çatdırılıblar. Həkimlər L. Dikmənin həyatını xilas edə bilməyiblər. Polisə ifadə verən İ. Cavcav sərbəst buraxılıb. O, jurnalistlərə açıqlamasında olaya ata-qızın səbəb olduğunu deyib: “Hadisənin baş verdiyi yerdən 30 metr aşağıda piyadalar üçün keçid var. Vətəndaş cahilliyindən keçiddən istifadə etmirsə, buna sürücü nə etsin? Yaxşı ki, maşını yüksək sürətlə idarə etmirdim. Əks halda qəzanın nəticəsi ağır olardı. Son altı ayda eyni yerdə baş verən qəza nəticəsində 17 nəfər ölüb”. İ. Cavcav hadisə zamanı içkili olmadığını, tanışları ilə yeyib-içməyə getdiyini bildirib: “Amma qismət olmadı”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR