Bəhram Şahquliyev “Şahdağ” klubunun baş məşqçisi təyin edilib

Bəhram Şahquliyev “Şahdağ” klubunun baş məşqçisi təyin edilib
# 19 dekabr 2006 15:26 (UTC +04:00)
Birinci dövrənin son turunda “Olimpik” komandasına 1:3 hesablı məğlubiyyətdən sonra Qusarın “Şahdağ” klubunun baş məşqçisi postundan istefa verən Sabir Əliyevə əvəzləyici tapılıb. APA-nın məlumatına görə, ikinci dövrədən komandanı meydana baş məşqçi kimi Bəhram Şahquliyev çıxaracaq. Artıq yeni çalışdırıcı ilə bu gün bir illik müqavilə bağlanılıb. Qeyd edək ki, B. Şahquliyev uzun müddət “Şahdağ”ın formasını geyinib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR