FİFA Türkiyə futbolunda araşdırma aparır

FİFA Türkiyə futbolunda araşdırma aparır
# 20 dekabr 2006 10:39 (UTC +04:00)
Bir müddət əvvəl siyasətin futbola müdaxiləsini əsas gətirərək Yunanıstan və İranın Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasından (FİFA) kənarlaşdırılacağı ilə hədələyən, ancaq sonradan hər iki ölkəni əfv edən FİFA indi də Türkiyəni hədəf seçib. Milli Assosiasiyaların müstəqil fəaliyyət göstərməsini tələb edən FİFA Haluk Ulusoyun prezidenti olduğu Türkiyə Futbol Federasiyasında klublarla hökumət və siyasətçilər arasındakı bağlılığın olduğunu iddia edib. Eyni zamanda, son zamanlar Türkiyə futbolunda rüşvətin olmasını və bu mövzu ilə yayılan xəbərləri əsas gətirən FİFA rəsmilərinin bununla əlaqədar Avropa Futbol Federasiyaları Assosiasiyasının (UEFA) türkiyəli vitse-prezidenti Şenes Erziklə görüşdüyü bildirilir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR