“Gilan” klubunun meneceri: “Baş məşqçi Ramiz Məmmədov komandadan gedə bilər”

“Gilan” klubunun meneceri: “Baş məşqçi Ramiz Məmmədov komandadan gedə bilər”
# 20 dekabr 2006 13:09 (UTC +04:00)
Bir müddət əvvəl Rusiya komandalarından təklif aldığını gizlətməyən Nazim Süleymanov yaxın günlərdə Azərbaycan çempionatının debütantı olan Qəbələnin “Gilan” klubunun baş məşqçisi postuna keçə bilər. Faiq Cabbarovun istefaya göndərilməsindən sonra “Gilan”a baş məşqçi təyin edilən hazırkı çalışdırıcı Ramiz Məmmədovu da xələfinin aqibəti gözləyir. Bu haqda APA-ya açıqlamasında “Gilan” klubunun baş meneceri Vüsal Dadaşov Nazim Süleymanovla danışıqlar aparılmadığını bildirsə də, R. Məmmədovun komandadan gedəcəyini istisna etməyib: “Ramiz Məmmədov komandada qala da bilər, gedə də bilər. Ancaq hələlik Süleymanovun komandamıza baş məşqçi gətiriləcəyini müzakirə etməmişik”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR