UEFA-nın İstanbulda klub həkimləri üçün təşkil etdiyi seminara iki həmyerlimiz qatılacaq

UEFA-nın İstanbulda klub həkimləri üçün təşkil etdiyi seminara iki həmyerlimiz qatılacaq
# 20 dekabr 2006 13:48 (UTC +04:00)
Sabah Türkiyənin İstanbul şəhərində Avropa Futbol Federasiyaları Assosiasiyasının (UEFA) təşkilatçılığı ilə klub həkimlərinin seminarı öz işinə başlayacaq. UEFA-ya üzv ölkələrin aparıcı klublarının həkimlərinin də iştirak edəcəyi tədbirdə iki həmyerlimiz də olacaq. APA-nın məlumatına görə, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) təşəbbüsü ilə İstanbula “Olimpik” komandasının həkimi Vüqar Qurbanovla onun “İnter” klubundakı həmkarı Səhhət Rüstəmzadə yollanacaq. UEFA rəsmilərinin də qatılacağı üç günlük seminarda hakimlər bilik və təcrübələrini artıracaqlar. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR