“Qarabağ” yeddi futbolçu ilə vidalaşıb

“Qarabağ” yeddi futbolçu ilə vidalaşıb
# 20 dekabr 2006 15:45 (UTC +04:00)
Birinci dövrənin sonunda “Qarabağ” klubuna baş məşqçi təyin edilən “Qarabağ” klubunun baş məşqçisi Rasim Kara transferə çıxardığı futbolçuların adlarını açıqlayıb. APA-nın məlumatına görə, türkiyəli çalışdırıcı komandanın 7 üzvü ilə vidalaşıb. Bunlar Slobadan Sladoyeviç, Xaliq Mərdanov, Vasif Haqverdiyev, Ramiz Hüseynov, Elmir Xankişiyev, Müşfiq Hüseynov və Mübariz Orucovdur. Veteranlarla yollarını ayıran “Qarabağ” heyətə beş yeni futbolçu cəlb edib. Klub rəhbərliyi 17 və 19 yaşlılardan ibarət milli komandamızın üzvləri Osman Umarov, İsabala İsrafilov, Timur İsrafilov, Nodar Məmmədovu və Tağım Novruzovla yeni müqavilə bağlayıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR