Milli komandamız Türkiyəyə yollanacaq

Milli komandamız Türkiyəyə yollanacaq
# 21 dekabr 2006 14:55 (UTC +04:00)
Futbol üzrə Azərbaycanın 19 yaşlılardan ibarət yığma komandası səfərə hazırlaşır. Arif Əsədovun baş məşqçisi olduğu millimizin Türkiyəyə səfəri yanvarın ortalarına nəzərdə tutulub. Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından (AFFA) APA-ya verilən məlumata görə, yeniyetmələrimizin qardaş ölkədə türkiyəli həmyaşıdları ilə yoxlama oyunları planlaşdırılıb. Qeyd edək ki, Avropa çempionatının ilkin qrup mərhələsini keçən 19 yaşlılardan ibarət yığmamız növbəti mərhələdə İspaniya, Norveç və İslandiya ilə eyni qrupda mübarizə aparacaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR