Bank Of Baku

UEFA Sergey Sokolov haqda son qərar çıxarmaq üçün milli komandanın həkimi Ramiz Kərimovu İsveçrəyə çağırıb

UEFA Sergey Sokolov haqda son qərar çıxarmaq üçün milli komandanın həkimi Ramiz Kərimovu İsveçrəyə çağırıb
# 22 dekabr 2006 09:55 (UTC +04:00)
Futbolçumuz Avropa Futbol Federasiyaları Assosiasiyasının (UEFA) Nizam-İntizam Komitəsində (NİK) dinləmələrdə iştirak etmək üçün İsveçrəyə çağırılmışdı. Yığmamızın milliləşdirilmiş legioneri ilə bir saatdan artıq çəkən görüşdə UEFA nümayəndələri S. Sokolovun hansı preparatlardan istifadə etməsini soruşublar. Sorğu-suallardan sonra futbolçu haqda son qərarın bir qədər yaxın günlərdə açıqlanacağı bildirilib. Bu gün UEFA-dan Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına (AFFA) daxil olan faksda isə milli komandanın baş həkimi Ramiz Kərimov İsveçrəyə dəvət edilib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən APA-ya verilən məlumata görə, UEFA funksionerlərinin göndərdiyi faksda R. Kərimovun dindirilməsinə ehtiyac olduğu bildirilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR