AFFA UEFA-ya prezident seçkilərində Lennart Yohanssonu dəstəkləyə bilər

AFFA UEFA-ya prezident seçkilərində Lennart Yohanssonu dəstəkləyə bilər
# 22 dekabr 2006 10:30 (UTC +04:00)
Artıq UEFA prezidentliyi uğrunda mübarizə aparacaq namizədlər də bəllidir. Yenidən namizədliyi irəli sürmüş qurumun hazırkı başçısı Lennart Yohanssonun rəqibi ötən əsrin məşhur futbolçularında sayılan fransız Mişel Platini olacaq. Namizədlər seçkidə qalib gəlmək üçün artıq Milli Assosiasiya rəhbərlərinə müraciət etməyə başlayıblar. M. Platini Türkiyə Futbol Federasiyasına (TFF) göndərdiyi məktubunda bu qurumun başçısı Haluk Ulusoyu seçkidə ona səs verməyə çağırıb. Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından (AFFA) İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən APA-ya verilən məlumata görə, hələlik namizədlərdən nə M. Platini, nə də L. Yohansson dəstəklənmələri üçün AFFA-ya müraciət ediblər. Bununla belə, adının çəkilməsini istəməyən AFFA rəsmisi Azərbaycanı bu seçkidə təmsil edəcək şəxsin - AFFA prezidenti Ramiz Mirzəyevin M. Platiniyə dəstək verməyəcəyini istisna etməyib: “Məndə olan məlumata görə, ötən seçkilərdə AFFA Yohannsonu dəstəkləyib. Yəqin ki, bu dəfə də belə olacaq”. Qeyd edək ki, Azərbaycanla münasibətləri daha yaxşı olan UEFA-nın türkiyəli birinci vitse-prezidenti Şenes Erzik də L. Johanssonu dəstəkləyir. AFFA-nın keçmiş vitse-prezidenti Toğrul Hacıyev isə APA-ya açıqlamasında ötən seçkilərdə AFFA-nın alternativi olmayan L. Johanssona səs verdiyini təsdiqləyib. UEFA-nın hazırkı prezidentinin qocaldığını vurğulayan T. Hacıyev həmçinin bildirib ki, L. Yohansson daha effektli işləmək gücündə deyil: “Amma Platini daha cavandır. Futbolu da yaxşı bilir”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR