Qurban Qurbanov A kateqoriyalı məşqçi lisenziyası almaq üçün Ukraynaya yollanıb

Qurban Qurbanov A kateqoriyalı məşqçi lisenziyası almaq üçün Ukraynaya yollanıb
# 25 dekabr 2006 10:08 (UTC +04:00)
Futbol üzrə XV ölkə çempionatının birinci dövrəsinin son turunda Tovuzda “Turan”a məğlub olduqdan sonra təcrübəsini artırmaq üçün Almaniyanın Münhen şəhərinə yollanan “Neftçi” komandasının baş məşqçisi Qurban Qurbanov yenə Azərbaycanı tərk edib. Gənc mütəxəssis bu dəfə Ukraynaya yola düşüb. Klubun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, məşqçi Kiyevə A kateqoriyalı məşqçi lisenziyası almaq üçün gedib. O, Bakıya dekabrın 28-də qayıdacaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR