“Olimpik” Antalyaya təlim-məşq toplanışına yollanacaq

“Olimpik” Antalyaya təlim-məşq toplanışına yollanacaq
# 25 dekabr 2006 11:23 (UTC +04:00)
Birinci dövrəni yeddinci pillədə başa vuran paytaxtın “Olimpik” klubu qış fasiləsində Türkiyəyə yollanacaq. Klubun mətbuat xidmətinin rəhbəri Eldəniz Yusifovun APA-ya verdiyi məlumata görə, yanvarın 15-də Antalyaya yollanacaq komanda iki həftəlik təlim-məşq toplantısında iştirak edəcək. Az öncə beş futbolçusunu transferə çıxaran “Olimpik” qardaş ölkədə heyətə yeni oyunçular cəlb etməyi planlaşdırır. Yanvarın sonunda Bakıya qayıtmağı planlaşdıran paytaxt təmsilçisi bu müddət ərzində bir neçə yoxlama matçında da qüvvəsini sınayacaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR