Arif Əsədov təlim-məşq toplanışına 22 futbolçu çağırıb

Arif Əsədov təlim-məşq toplanışına 22 futbolçu çağırıb
# 27 dekabr 2006 14:24 (UTC +04:00)
Futbol üzrə Azərbaycanın 19 yaşlılardan ibarət yığma komandası Avropa çempionatının ikinci təsnifat mərhələsinə hazırlıq məqsədilə yanvarın 5-də bir araya gələcək. Millinin üzvləri bir həftə ərzində baş məşqçisi Arif Əsədovun rəhbərliyi altında təlim-məşq toplanışında iştirak edəcəklər. APA-nın məlumatına görə, çalışdırıcı ilkin olaraq düşərgəyə 22 futbolçu dəvət edib. Bunlar Zaur Abbasov, Cavid Hüseynov (hər ikisi “Turan”), Elçin Sadıqov, Tural Nərimanov, Elxan Cəbrayılov, Pərvin Paşayev, Elşən Hacıyev, Fuad Əzimov, Elvin Şiriyev (hamısı “Neftçi-2”), Fərid Haşımzadə (MOİK), Şəhriyar Rəhimov (Ədliyyə”), Fuad Vahabzadə, Orxan Bəşirov (“Qarabag-2”), Elçin Məmmədov (“Gənclərbirliyi”), Miryusif Cavadov (“Simurq”), Bəxtiyar Soltanov (“Bakı”), Rüstəm Novruzov (klubsuz), Sabir Allahquliyev (“Xəzər-Lənkəran-2”), Anar Qasımov (“ABN”), Afiq Yusifov (“Olimpik”) və “Şahdağ” klubundan İbrahim Mirməhəmmədovdur. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR