Azərbaycanın 17 yaşlılardan ibarət yığma komandasının heyəti açıqlanıb

Azərbaycanın 17 yaşlılardan ibarət yığma komandasının heyəti açıqlanıb
# 27 dekabr 2006 14:24 (UTC +04:00)
Azərbaycanın 17 yaşlılardan ibarət yığma komandası yanvarın 7-də Minskdə Belarus Futbol Federasiyasının mükafatları uğrunda keçirilən beynəlxalq turnirdə qüvvəsini sınayacaq. APA-nın məlumatına görə, yanvarın 14-də başa çatacaq sayca üçüncü ənənəvi birincilikdə ölkəmizin şərəfini qoruyacaq futbolçuların adları müəyyənləşib. Baş məşqçi Yaşar Vahabzadə heyətə 20 futbolçu cəlb edib. Bunlar Osman Umarov, Səlahət Ağayev, Zahid Quliyev, Sərraf Yusifzadə, Emin Mustafayev, Eşgin Quliyev, Əvəz Rəhimov, Amit Quluzadə, Orxan Həsənov, Mircavad Nağıyev, Royal Nəcəfov, Tural İsgəndərov, Fariz Məmmədov, Şəhriyar Xəlilov, İlkin Cəfərov, Novruz Məmmədov, Ramil Rəhimzadə, Emin Cəfərquliyev, Fərid Balaşzadə və Vəfadar Quliyevdir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR