Luis Felipe Skolari Portuqaliya yığmasının baş məşqçisi postundan istefa verəcək

Luis Felipe Skolari Portuqaliya yığmasının baş məşqçisi postundan istefa verəcək
# 28 dekabr 2006 12:26 (UTC +04:00)
Avropa çempionatının seçmə qrup mərhələsində Azərbaycan millisinin rəqiblərindən olan Portuqaliya yığmasının baş məşqçisi Luis Felipe Skolari istefa vermək qərarına gəlib. APA-nın məlumatına görə, braziliyalı mütəxəssis 2008-ci il qitə çempionatı başa çatdıqdan sonra Portuqaliya millisi ilə vidalaşacağını söyləyib: “Tsiklin sonunda müqaviləm başa çatır. Bu səbəbdən baş məşqçi postu ilə vidalaşacağam. Bir məşqçinin yığmada qalma müddəti ən çox 5-6 ildir”. Qeyd edək ki, Almaniyada keçirilmiş son dünya çempionatında Portuqaliya millisini yarımfinala çıxardıqdan sonra Türkiyənin “Fənərbaxça” klubu ilə yanaşı, bir çox komandalar 56 yaşlı Skolarinin xidmətində maraqlı idi. Məşqçi özü isə ən ciddi təklifi İngiltərə yığmasından aldığını söyləyib: “Avropanın bir çox komandalarından təklif almışam. Bunlardan ən cəlbedicisi İngiltərə yığmasından idi. Ancaq mundialdan sonra məşqlərə başladığım Portuqaliyadan getməyim xəyanət olardı”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR