FİFA “Brilliant top” mükafatını Fabio Kannavarodan alıb Zinəddin Zidana verəcək

FİFA “Brilliant top” mükafatını Fabio Kannavarodan alıb Zinəddin Zidana verəcək
# 28 dekabr 2006 13:07 (UTC +04:00)
APA-nın İspaniya mətbuatına istinadən məlumatına görə, FİFA hesablamalarda səhvə yol verildiyini etiraf edib. Hətta bununla əlaqədar ali qurumun rəsmiləri fransız Zinəddin Zidandan üzr də istəyiblər. Buna səbəb Zidanın səsvermədə daha çox səs toplamasıdır. Qeyd edək ki, dekabrın 19-da açıqlanan sorğunun nəticələrinə görə, İtaliya yığmasının və İspaniyanın “Real” klubunun müdafiəçisi Fabio Kannavaro 498 səs toplayaraq “Brilliant top” mükafatına sahib çıxmışdı. Zidan 454 səslə ikinci, Ronaldinyo isə 380 səslə üçüncü olmuşdu. İspan mətbuatı son hesablamalarda Zidanın birinci olduğunu iddia edərək, F. Kannavaronun “Brilliant top” mükafatını FİFA-ya qaytaracağını yazıb. FİFA isə öz növbəsində dekabrın 30-da Monakoda təşkil edəcəyi mərasimdə “Brilliant top”u fransalı futbolçuya təqdim edəcək. Qeyd edək ki, daha sonra İspaniyanın MARCA qəzeti bu xəbərin zarafat olduğunu bildirib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR