“Gilan” dövrələrarası fasilədə Dubaya yollanmağı planlaşdırır

“Gilan” dövrələrarası fasilədə Dubaya yollanmağı planlaşdırır
# 28 dekabr 2006 14:27 (UTC +04:00)
Futbol üzrə XV Azərbaycan çempionatının güclülər dəstəsinin debütantı olan Qəbələnin “Gilan” klubu dövrələrarası fasilədə Birləşmiş Ərəb Əmirliklərinə yollanmağı planlaşdırır. Klubun mətbuat katibi Nail Kərimovun APA-ya verdiyi məlumata görə, komanda yanvarın 5-də Mingəçevirdə ikinci dövrənin hazırlığının birinci mərhələsinə başlayacaq: “İkinci mərhələ isə çox güman ki, xaricdə olacaq. Komandanın Türkiyə, İran və ya Dubaya yollanması nəzərdə tutulub”. N. Kərimov klubun futbolçulara borcu olması haqda yayılan xəbərləri dezinformasiya adlandırıb: “Komandamızın bütün futbolçuları maaş və mükafatlarını alıblar. Futbolçulara olan borclar tam ödənilib”. “Qarabağ” komandasından ayrılan Müşfiq Hüseynovun “Gilana” keçməsi haqda xəbərlərə gəlincə, mətbuat katibi indiyədək heç bir futbolçu ilə danışıq aparılmadığını bildirib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR