“Sevilya” 2006-cı ildə dünyanın ən yaxşı klubu seçilib

“Sevilya” 2006-cı ildə dünyanın ən yaxşı klubu seçilib
# 08 yanvar 2007 12:26 (UTC +04:00)
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) İspaniyanın “Sevilya” klubunu 2006-cı ildə dünyanın ən yaxşı komandası seçib. APA-nın məlumatına görə, ötən il UEFA Kubokunu və Avropa Superkubokunu qazanmış “Sevilya” klubunun ən güclü olmasını FİFA da təsdiqləyib. İspaniya klubu mükafatını Avstriyanın Salzburq şəhərində təşkil ediləcək tədbirdə alacaq. İFFHS 2006-cı ilin ən yaxşı məşqçilərinin də adlarını açıqlayıb. Xuan Ramos (“Sevilya”) və Frank Raykaard (“Barselona”) ötən ilin ən yaxşı məşqçiləri kimi mükafat alacaqlar. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR