AFFA “Gilan” klubuna xəbərdarlıq edib

AFFA “Gilan” klubuna xəbərdarlıq edib
# 08 yanvar 2007 13:07 (UTC +04:00)
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) güclülər dəstəsinin debütantı olan Qəbələnin “Gilan” klubuna xəbərdarlıq edib. Buna səbəb ölkə birinciliyinin aşağı yaş qruplarında Qəbələ təmsilçisinin iştirak etməməsidir. “Gilan”ın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, güclülər dəstəsində mübarizə aparan komandalar aşağı yaş qruplarında təmsil olunsalar da, bir çox problemləri olan qəbələlilərin yarışa qatılmaları hələlik mümkün deyil. Bu arada “Gilan” klubunun baş məşqçisi Ramiz Məmmədov özünə yeni köməkçi götürüb. Bu, uzun müddət Mingəçevirin “Kür” klubunun şərəfini qorumuş Mehman Baxışovdur. Yeddi futbolçusu transferə çıxarmış “Gilan” “Simurq”dan müdafiəçi Vüqar Həsənovu və “Gənclərbirliyi”ndən Zaur Əsədovu heyətə cəlb edib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR