Bank Of Baku

Azərbaycanın 17 yaşlılardan ibarət yığma komandası sabah Slovakiya millisi ilə qarşılaşacaq

Azərbaycanın 17 yaşlılardan ibarət yığma komandası sabah Slovakiya millisi ilə qarşılaşacaq
# 08 yanvar 2007 13:36 (UTC +04:00)
Bir müddət əvvəl Bakıda keçirilən Avropa çempionatının qrup oyunlarında uğurlu nəticələr əldə etməklə növbəti mərhələyə yüksələn Azərbaycanın 17 yaşlılardan ibarət milli komandası Belarusa yollanıb. Yaşar Vahabzadənin baş məşqçisi olduğu yığmamız Minskdə təşkil ediləcək Belarus Futbol Federasiyası və Minsk şəhər İcraiyyə Komitəsinin Assosiasiya mükafatları uğrunda yeniyetmələrarası üçüncü beynəlxalq turnirdə iştirak edəcək. APA-nın məlumatına görə, artıq yarışın təqvimi müəyyənləşib. A qrupunda yer alan yeniyetmələrimiz sabah ilk oyunda slovakiyalı həmyaşıdları ilə qarşılaşacaqlar. Ertəsi gün ikinci matçda yığmamız təşkilatçı ölkənin millisi ilə üz-üzə gələcək. Yanvarın 12-də isə futbolçularımızın rəqibi Litva yığması olacaq. B qrupuna gəlincə, burada Polşa, Ukrayna, Latviya və Moldova yeniyetmələri qüvvələrini sınayacaqlar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR