Bank Of Baku

AFFA çimərlik futbolu üzrə çempionat keçirmək niyyətindədir

AFFA çimərlik futbolu üzrə çempionat keçirmək niyyətindədir
# 08 yanvar 2007 14:52 (UTC +04:00)
“2007-ci ildə çimərlik futbolu üzrə çempionat keçirmək fikrindəyik. Bu məqsədlə Sumqayıtda 200 tamaşaçı tutumu olan stadion tikiləcək. Bundan əlavə, bir neçə çimərlikdə sadələşdirilmiş meydançalar qurulacaq. Əlil futbolçular da diqqətdən kənarda qalmayacaq”. APA-nın məlumatına görə, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi Fuad Əsədov bu sözləri AFFA-nın rəsmi internet səhifəsinə verdiyi müsahibəsində bildirib. Ötən il fiziki qüsurlu futbolçuların iştirakı ilə bir neçə turnir keçirildiyini deyən F. Əsədov hazırda əlil futbolçulardan ibarət yığma komandamızın dünya birinciliyinə hazırlaşdığını açıqlayıb. Baş katib ölkə çempionatında mübarizə aparan klubların lisenziyalaşdırılmasına da toxunub: “Hazırda klubların lisenziyalaşdırılması istiqamətində iş aparılır. Ekspertlərimiz komandalarla işləyir, lazımi sənədlərin hazırlanmasında onlara kömək göstərilir, hazırkı vəziyyət araşdırılır. Bu mövsüm ölkə çempionatının yüksək dəstəsində yeni klublar çıxış edir və onlarla daha fəal işləmək lazımdır. Ümumiyyətlə, sənədlərin Lisenziyalaşdırma qrupuna təqdim olunması prosesi üç hissədən ibarətdir. Cari ilin yanvarında klublar hüquq və idman göstəriciləri, fevralda infrastruktur, martın 31-nə kimi isə auditor firmaları tərəfindən təsdiqlənmiş illik maliyyə hesabatlarını bizə təqdim etməlidirlər. Yekun olaraq apreldə komissiya sənədlərini təqdim etmiş klublara lisenziya verilib-verilməməsi məsələsinə baxacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR