Bank Of Baku

“Qarabağ” Antalyada “Ərzurumspor” və “Sivasspor” klubları ilə qarşılaşacaq

“Qarabağ” Antalyada “Ərzurumspor” və “Sivasspor” klubları ilə qarşılaşacaq
# 09 yanvar 2007 10:14 (UTC +04:00)
Futbol üzrə XV Azərbaycan çempionatının ikinci dövrəsinə hazırlıq məqsədilə Türkiyənin Antalya şəhərinə yollanmış Ağdamın “Qarabağ” klubunun yoxlama oyunlarında qüvvəsini sınayacağı komandaların adları müəyyənləşib. Baş məşqçi Rasim Kara sabah komandasını “Bəylərbəyi” klubuna qarşı ilk qarşılaşmaya çıxaracaq. Klubun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, üç gün sonra “Qarabağ” komandasının rəqibi vaxtilə həmyerlimiz Ruslan Abdullayevin çalışdırdığı və veteran futbolçumuz Vidadi Rzayevin də formasını geydiyi “Ərzurumspor” olacaq. Ağdamlıların üçüncü rəqibi hazırda Türkiyə Superliqasında çıxış edən “Sivasspor” komandasıdır. Bu yoxlama oyununun yanvarın 15-də keçirilməsi nəzərdə tutulub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR