Bank Of Baku

AFFA-nın baş katibi Fuad Əsədovun sabiq hakim Elçin Məmmədova qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi gələn həftə yekunlaşacaq

AFFA-nın baş katibi Fuad Əsədovun sabiq hakim Elçin Məmmədova qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi gələn həftə yekunlaşacaq
# 09 yanvar 2007 10:45 (UTC +04:00)
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi Fuad Əsədovun hakimlikdən qovulan Elçin Məmmədova qarşı Qaradağ rayon məhkəməsində qaldırdığı iddia üzrə məhkəmə prosesi gələn həftə yekunlaşacaq. Bu barədə APA-ya Qaradağ rayon məhkəməsindən məlumat verilib. Məhkəmədən bildirilib ki, hakim Xuraman Məhərrəmovanın sədrliyi ilə keçirilən prosesdə qətnamə gələn həftə çıxarılacaq. Qeyd edək ki, bir müddət əvvəl AFFA-ya üzv qurumlardan iki illiyə uzaqlaşdırılan, Hakimlər Komitəsinin qərarı ilə ömürlük hakimlikdən qovulan Elçin Məmmədov ölkə mətbuatına müsahibəsində F. Əsədovun əleyhinə fikirlər səsləndirib. Bu fikirləri şərəf və ləyaqətinə təhqir hesab edən F. Əsədov onun barəsində məhkəmədə iddia qaldırıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR