Bank Of Baku

UEFA Azərbaycan yığmasının müdafiəçisi Sergey Sokolovla bağlı qərarı sabah verəcək

UEFA Azərbaycan yığmasının müdafiəçisi Sergey Sokolovla bağlı qərarı sabah verəcək
# 09 yanvar 2007 11:00 (UTC +04:00)
Futbol üzrə Azərbaycan yığma komandasının həkimi Ramiz Kərimov bu gün səhər İsveçrənin Nyon şəhərinə yollanıb. Avropa Futbol Federasiyaları Assosiasiyasının (UEFA) mənzil-qərargahına yola düşən R. Kərimovu Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) beynəlxalq şöbəsinin əməkdaşı Murad Məmmədov müşayiət edəcək. APA-nın məlumatına görə, millimizin həkimi UEFA-nın Nizam-İntizam Komitəsində (NİK) Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində Belçika ilə oyundan sonra qanından istifadəsi qadağan olunan dərman preparatı tapılan müdafiəçimiz Sergey Sokolovla bağlı sorğu-sual ediləcək. R. Kərimov NİK üzvlərinə futbolçunun hansı dərmanlardan istifadə etdiyi və ona vurulan iynələr haqda məlumat verəcək.
Qeyd edək ki, NİK üzvləri dekabrın sonlarında S. Sokolovu sorğu-sual etdikdən sonra yığmamızın baş həkimini Nyona çağırmışdı. Futbolçu haqda son qərar yanvarın 10-da veriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR