Bank Of Baku

Şahin Diniyev Türkiyəyə gedəcək

Şahin Diniyev Türkiyəyə gedəcək
# 09 yanvar 2007 11:12 (UTC +04:00)
Azərbaycan yığma komandasının baş məşqçisi Şahin Diniyev yanvarın 14-də Türkiyəyə yollanacaq. Millimizin çalışdırıcısının qonşu ölkəyə səfərində əsas məqsəd ikinci dövrəyə hazırlıq məqsədilə Antalya şəhərində təlim-məşq toplanışında iştirak edən aparıcı klublarımızda forma geyinən yığma üzvlərinin hazırlıq prosesini izləməkdir. Bu haqda APA-ya Şahin Diniyev özü məlumat verib. Onun sözlərinə görə, yanvarın 21-dək “Neftçi”, “Qarabağ” və “İnter” klublarının təlim-məşq toplantılarını və keçirdikləri yoxlama oyunlarını izləyəcək. Ş. Diniyev Kayseri şəhərinə də yollanacaq. Məşqçi Türkiyə Superliqasında bu şəhəri təmsil edən “Kayserispor” klubunda baxışda olan həmyerlimiz İlqar Nəbiyevlə görüşəcək. Türkiyə səfərinin ardınca məşqçi Rusiya paytaxtı Moskvaya yollanıb “MDB və Baltikyanı dövlətlərin çempionlarının Kuboku”nda iştirak edən “Bakı” klubunun oyunlarını izləyəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR