Bank Of Baku

Marçello Lippi 2006-cı ilin ən yaxşı məşqçisi seçilib

Marçello Lippi 2006-cı ilin ən yaxşı məşqçisi seçilib
# 09 yanvar 2007 16:11 (UTC +04:00)
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2006-cı ilin ən yaxşı 10 məşqçisinin adını açıqlayıb. APA-nın məlumatına görə, Almaniyada keçirilmiş sonuncu dünya çempionatında İtaliya milli komandasına qızıl medallar qazandıran Marçello Lippi ötən ilin ən yaxşı məşqçisi adına layiq görülüb. Fransa yığması ilə mundialın gümüş mükafatına sahib çıxmış Raymond Domenek siyahıda ikinci, Almaniya millisinə bürünc medallar qazandıran Yurgen Klinsmann isə üçüncüdür. Avropa çempionatının seçmə qrup mərhələsində Azərbaycan yığmasının rəqibi olan Portuqaliya millisinin braziliyalı çalışdırıcısı Luis Felipe Skolari dördüncü pillədə qərarlaşıb. İFFHS-in seçiminə görə, sonrakı yerlərdə müvafiq olaraq Quus Hiddinq (Avstraliya), Xose Pokerman (Argentina), Yakob Kun (İsveçrə), Oleq Bloxin (Ukrayna), Karlos Alberto Parreyra (Braziliya) və Ratomir Duykoviç (Qana) qərarlaşıblar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR