Bank Of Baku

17 yaşlılardan ibarət Azərbaycan milli futbol komandası Slovakiya yığmasına məğlub olub

17 yaşlılardan ibarət Azərbaycan milli futbol komandası Slovakiya yığmasına məğlub olub
# 09 yanvar 2007 16:27 (UTC +04:00)
Bu gün Belarus Futbol Federasiyası və Minsk şəhər İcraiyyə Komitəsinin Assosiasiya mükafatları uğrunda yeniyetmələrarası beynəlxalq turnir start götürüb. Sayca üçüncü olan yarışda qələbə uğrunda Azərbaycanın 17 yaşlılardan ibarət yığması da daxil olmaqla, səkkiz komanda iki qrupda mübarizəyə başlayıb. Yaşar Vahabzadənin baş məşqçisi olduğu millimiz Slovakiya, Belarus və Litva yığmaları ilə A qrupunda qüvvəsini sınayır. Polşa, Ukrayna, Latviya və Moldova milliləri isə B qrupunda yer alıb. APA-nın məlumatına görə, bu gün futbolçularımız slovakiyalı həmyaşıdları ilə üz-üzə gəlib və 0:1 hesabı ilə məğlub olublar. Sabah yeniyetmələrimiz təşkilatçı ölkə futbolçuları ilə üz-üzə gələcəklər. Yanvarın 12-də isə millimizin rəqibi Litva yığması olacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR