Bank Of Baku

“Neftçi” Antalyada yeddi yoldaşlıq oyunu keçirəcək

“Neftçi” Antalyada yeddi yoldaşlıq oyunu keçirəcək
# 10 yanvar 2007 09:11 (UTC +04:00)
Dördqat Azərbaycan çempionu “Neftçi” ikinci dövrəyə daha yaxşı hazırlaşmaq üçün yanvarın 14-də Türkiyəyə yollanacaq. Fevralın 3-dək Antalya şəhərindəki beşulduzlu “Topkapı” otelində məskunlaşacaq komandamız qonşu ölkədə yeddi oyun keçirməyi planlaşdırıb. APA-nın məlumatına görə, “Neftçi” yanvarın 17-də Türkiyənin birinci dəstə təmsilçilərindən biri ilə ilk oyunda meydana çıxacaq. Üç gün sonra komandamız Rusiyanın Xabarovsk şəhərinin OİK klubu ilə iki oyun keçirəcək. Yanvarın 24-də Rumıniyanın “Kluj” komandası da “Neftçi” ilə iki yoxlama matçında qüvvəsini sınayacaq. Bundan 4 gün sonra Rumıniyanın digər klubu “Piteşti” komandamızın rəqibi olacaq. “Neftçi” son oyununu fevralın 2-də keçirəcək. Ancaq hələlik rəqib müəyyənləşməyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR