Bank Of Baku

Ramiz Mirzəyev İsveçrəyə gedəcək

Ramiz Mirzəyev İsveçrəyə gedəcək
# 10 yanvar 2007 11:04 (UTC +04:00)
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Ramiz Mirzəyev İsveçrəyə yollanacaq. APA-nın məlumatına görə, AFFA rəhbəri üzvü olduğu Avropa Futbol Federasiyaları Assosiasiyasının (UEFA) Milli Komandalar Komitəsinin yanvarın 18-də Nyon şəhərində keçiriləcək növbəti iclasında iştirak edəcək. İclasdan sonra R. Mirzəyev Rusiyaya gedəcək. O, AFFA-nın baş katibi Fuad Əsədovla yanvarın 20-də Moskvada “MDB və Baltikyanı ölkələrin çempionlarının kuboku” turnirinin açılış mərasiminə qatılacaq. Yanvarın 25-26-da isə Almaniyanın Düsseldorf şəhərində UEFA-nın növbəti konfransı keçiriləcək. Həmin tədbirdə ölkəmizi AFFA prezidenti və baş katib təmsil edəcəklər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR