Bank Of Baku

Azərbaycan millisi Özbəkistanla oyunun hazırlığına fevralın 2-də başlayacaq

Azərbaycan millisi Özbəkistanla oyunun hazırlığına fevralın 2-də başlayacaq
# 10 yanvar 2007 13:11 (UTC +04:00)
Futbol üzrə Azərbaycan milli komandası 2007-ci ilin ilk təlim-məşq toplanışına fevralın 2-də başlayacaq. Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən APA-ya verilən məlumata görə, “Neapol” otelində məskunlaşacaq yığmamız Özbəkistanla yoldaşlıq görüşünün hazırlığına başlayacaq. Üç günlük toplanışın ardından Daşkənd şəhərinə yollanan yığma komandamız Özbəkistanla oyundan bir gün sonra fevralın 8-də vətənə qayıdacaq. Bundan sonra isə millimiz Astanaya yollanıb Qazaxıstan prezidenti Nursultan Nazarbayevin şərəfinə keçirilək turnirdə qüvvəsini sınayacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR