Bank Of Baku

Azərbaycan çempionatı reytinqinə görə dünyada 59-cu yerdədir

Azərbaycan çempionatı reytinqinə görə dünyada 59-cu yerdədir
# 10 yanvar 2007 16:07 (UTC +04:00)
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) bu gün ən güclü milli çempionatların reytinq siyahısını açıqlayıb. 75 ölkə sırasında Azərbaycan çempionatı 286 xalla 59-cu, İtaliyanın A seriyası 1182 xalla birinci yerdədir. İspaniya “Primyero”su 1168 xalla ikinci, İngiltərə “Premyer Liqa”sı 1125 xalla üçüncüdür. İlk 10 ən güclü sırasında müvafiq olaraq, Fransa, Braziliya, Almaniya, Argentina, Hollandiya, Meksika və Rumıniya çempionatları daxil edilib. Türkiyə Superliqası 664 xalla 11-ci yerdədir. İFFHS-in hesablamalarına görə, postsovet məkanı ölkələrindən Rusiya (16-cı yer), Ukrayna (21), Estoniya (28), Litva (35), Gürcüstan (43) və Özbəkistandan (49) geri qalan Azərbaycan çempionatı Şimali İrlandiya, Cənubi Afrika Respublikası, Oman, İordaniya, Çin, Səudiyyə Ərəbistanı, Seneqal, Zambiya, Küveyt, Qatar, Kamerun, Cənubi Koreya, ABŞ, Belarus, Panama və BƏƏ çempionatlarını qabaqlayır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR