Bank Of Baku

UEFA Azərbaycan yığmasının müdafiəçisi Sergey Sokolovun 18 ay futboldan kənarlaşdırması haqda qərar çıxarıb

UEFA Azərbaycan yığmasının müdafiəçisi Sergey Sokolovun 18 ay futboldan kənarlaşdırması haqda qərar çıxarıb
# 10 yanvar 2007 16:17 (UTC +04:00)
Bu gün Avropa Futbol Federasiyaları Assosiasiyasının (UEFA) İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında Nizam-İntizam Komitəsinin toplantısı keçirilib. İclasda ötən il oktyabrın 11-də Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində Belçika ilə oyundan sonra qanında istifadəsi qadağan olunan betametazon preparatı tapılan Azərbaycan millisinin müdafiəçisi Sergey Sokolov haqda sərt qərar çıxarılıb. APA-nın məlumatına görə, çıxarılan qərara əsasən, “Qarabağ” klubunun da formasını geyinən milliləşdirilən legioner 18 ay futboldan kənarlaşdırılıb.
Qeyd edək ki, dekabrın sonlarında futbolçunu sorğu-sual üçün Nyona dəvət edən UEFA rəsmiləri milli komandamızın həkimi Ramiz Kərimovu da İsveçrəyə çağırmışdı. R.Kərimov NİK üzvlərinə S.Sokolovun hansı dərmanlardan istifadə etdiyi və ona vurulan iynələr haqda məlumat versə də, bu, müdafiəçimizin uzun müddətli cəzadan qurtarmasına kömək etməyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR