Bank Of Baku

“Qarabağ” Antalyada keçirdiyi ilk yoxlama görüşünü heç-heçə başa vurub

“Qarabağ” Antalyada keçirdiyi ilk yoxlama görüşünü heç-heçə başa vurub
# 11 yanvar 2007 08:25 (UTC +04:00)
Ağdamın “Qarabağ” klubu Türkiyədə keçirdiyi ilk yoxlama oyununda meydanı 2:2 hesablı heç-heçə ilə tərk edib. Antalya şəhərində “Bəylərbəyi” ilə görüşdə “Qarabağ” hesabda irəli çıxsa da, qələbəni əldən verib. APA-nın məlumatına görə, ağdamlılar artıq 3-cü dəqiqədə Kənan Kərimovun qolu ilə hesabı açıblar. Bundan altı dəqiqə sonra Timur İsrafilov ikinci topu “Bəylərbəyi” komandasının qapısından keçirib. İkinci hissənin əvvəllərində hesab arasındakı fərqi azaldan türkiyəlilər son dəqiqələrdə daha bir dəfə fərqləniblər. “Qarabağ” növbəti yoxlama görüşünü yanvarın 13-də “Ərzurumspor” klubuna qarşı keçirəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR