Bank Of Baku

“Xəzər-Lənkəran” Dubayda İraq millisi ilə qarşılaşacaq

“Xəzər-Lənkəran” Dubayda İraq millisi ilə qarşılaşacaq
# 11 yanvar 2007 15:34 (UTC +04:00)
İkinci dövrəyə hazırlıq məqsədilə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə təlim-məşq toplanışına yollanan “Xəzər-Lənkəran” klubunun ilk yoxlama oyununda keçirəcəyi rəqibinin adı müəyyənləşib. Ağasəlim Mircavadovun komandası yanvarın 13-də İraq millisi ilə üz-üzə gələcək. Lənkəranlılar dörd gün sonra daha bir görüşdə qüvvəsini sınayacaq. Ancaq hələlik bu komanda müəyyənləşməyib. Klubun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, komanda üzvləri Dubayda keçirilən “Latsio” - “Benfika” qarşılaşmasını canlı izləyənlər arasında olublar. Heyətdəki dəyişikliyə gəlincə, uzun müddət müdafiə xəttində çıxış edən Martin Stankov komandadan ayrılıb. Əvəzində Litva millisinin üzvü, “Atlantas” klubunun müdafiəçisi Darius Zutautas düşərgəyə cəlb edilib. Onun “Xəzər-Lənkəran” klubunda qalıb-qalmayacağı İraqla oyundan sonra bilinəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR